«FNK» hüquqi, əməliyyat, tənzimləyici, məsləhət, mübahisələrin həlli, HR və vergi xidmətləri təklif edən tam xidmət göstərən Azərbaycan hüquq firmasıdır.
Şirkət yerli və beynəlxalq şirkətlər, banklar və maliyyə institutları, fondlar, promouter qrupları və dövlət sektoru müəssisələri də daxil olmaqla müxtəlif müştərilərə məsləhətlər verir.
Bizimlə işləyərək, sizin ixtiyarınızda olan ixtisaslı korporativ hüquqşünaslardan ibarət komanda əldə edirsiniz. Bizim üçün xırda detallar yoxdur.
Bizim fərqimiz:
Niyə bizi seçməlisiniz:
- Partnyorların işə birbaşa nəzarəti – biz zəmanət veririk ki, müştərilərimizin istənilən sorğusunun cavablandırılmasında partnyorlarımız iştirak edəcək və sorğunun cavablandırılmasına nəzarət edəcək.
- Biz hər hansı bir problemin həllinə hərtərəfli yanaşır, konkret vəziyyətin inkişafının bütün perspektivlərini əvvəlcədən qiymətləndiririk. Təcrübəli hüquqşünas həmişə böyük düşünür, ona görə də mümkün riskləri proqnozlaşdıra bilir.
- Yüksək keyfiyyətli hüquqi məsləhət — Biz ən sərt standartlara cavab verən yüksək keyfiyyətli xidmətlər təqdim edirik.
- We speak the same language with our clients. Legal terminology is complex and sometimes completely incomprehensible to people who do not have special knowledge in the field of law. Our task is to explain the essence of the problem
to the client in the most simple and accessible way and tell about the steps aimed at solving it.
- Əlçatanlıq və cavabdehlik — biz proaktivik və həmişə müştərilərimiz üçün əlçatanıq.
- Biz hüquqi xidmətlərin qiymətini şişirtmirik. Çünki biz hesab edirik ki, hüquqi yardım həm iri sahibkarlıq subyektləri, həm də biznes dənizində yenicə üzməyə başlayan kiçik şirkətlər üçün əlçatan olmalıdır.
- Hüquqi Tədqiqat və Təhlillərə Əsaslanan Məsləhətlərimiz — biz daimi olaraq qanunvericilikdə baş verən yenilikləri izləyirik, məsləhətlərimizi isə həm qanunvericiliyə, həm də onun praktiki tətbiqinə əsaslanaraq təqdim edirik..
- Şirkətimizə etimadınızı yüksək qiymətləndiririk. Buna görə də biz məxfilik və işgüzar etika prinsiplərinə ciddi şəkildə riayət edirik.
- Biz müştəri üçün işləyirik. Ona görə də biz çətin vəziyyətdən çıxış yolu, həmişə sadə olmasa da, ən təsirli yol axtarırıq. Bizim üçün uğur müştərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsidir.