Əvəzsiz İstifadənin Vergi Aspektləri

Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsi hər hansısa əmlakın müəyyən bir müddət ərzində əvəzsiz olaraq başqa bir şəxsin istifadəsinə verilməsini özündə ehtiva edir.

Sözügedən maddəyə əsasən, mülki hüququn subyektləri arasında əvəzsiz istifadə müqaviləsinin bağlanması mümkündür. Lakin Vergi Məcəlləsinə əsasən vergi subyektləri arasında əvəzsiz istifadə müqaviləsinə dair münasibətlər tənzimlənmədiyi üçün Vergi orqanları bu münasibətləri icarə münasibətləri olaraq dəyərləndirə bilərlər. Belə ki, vergi qanunvericiliyinə əsasən, əvəzsiz istifadəyə verilmiş əmlakdan gəlir götürmək məqsədi ilə istifadə olunduqda əməliyyat əmlakın əvəzsiz istifadəyə verilməsi kimi deyil, onun icarəyə verilməsi kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən,  icarəyə verilmiş əmlaka görə icarə haqqı müəyyən edilməmişdirsə, icarə haqqı mövcud bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilir. Daşınar və daşınmaz əmlakın icarə haqqından gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə və əvəzsiz istifadəyə verən vergi qeydiyyatında deyildirsə,  icarəyə götürən şəxs vergi agenti kimi icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəyir (Vergi Məcəlləsi, 124-cü maddəsi).

Qanunvericiliyin qeyd edilən müddəlarını əvəzsiz istifadə müqaviləsinə tətbiq etsək, belə nəticəyə gələ bilərik ki, əvəzsiz istifadəyə verilən əmlakın mövcud bazar qiymətinə əsasən icarə haqqı müəyyənləşdirilə və müəyyən edilmiş icarə haqqı, Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, 14 faiz dərəcə ilə vergiyə cəlb edilə bilər. Bununla da, daşınar və ya daşınmaz əmlakı əvəzsiz istifadəyə verən tərəf əmlakı əvəzsiz istifadəyə verdikdə də, icarəyə verdikdə də ödəmə mənbəyində müəyyən edilmiş icarə haqqının 14 faizi həcmində vergi ödəmək öhdəliyi daşıyacaq.

Beləliklə, vergi subyektləri arasında əvəzsiz istifadə müqaviləsi bağlandıqda bu müqavilə vergi orqanı tərəfindən icarə müqaviləsi kimi qəbul edilib, 14 faiz dərəcə ilə mənfəət vergisinə cəlb edilə bilər.

Peşəkar komandamız

Peşəkar komandamızla hüquqi problemlərinizin effektiv və şəffaf həllini təmin edirik

Bizimlə əlaqə

Satış üçün

Bizi izlə

Sürətli keçidlər
Əlaqə
Quicklinks
Contact