ETİK SƏHƏDLƏRİN HÜQUQİ ƏKSİ: ƏXLAQAZİDD ƏMTƏƏ NİŞANLARI

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əməkhaqqının işəgötürənin günahı ucbatından gecikdirilməsi fərdi əmək mübahisəsinə səbəb olmadığı halda, işəgötürən hər gecikmiş gün üçün işçiyə əməkhaqqının ən azı bir faizi miqdarında əlavə ödəniş etməlidir.

Bu əlavə ödəniş işçinin gəliri hesab edilərək vergiyə cəlb olunacaqmı, yoxsa kompensasiya xarakterli ödəniş kimi qiymətləndirilib vergidən azad ediləcək?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən müəyyən etmək olar ki, əməkhaqqının gecikdirilməsinə görə edilən ödəniş kompensasiya xarakteri daşıyır.

Həmin qərarda “əmək münasibətləri çərçivəsində əməkhaqqının gecikdirilməsinə görə nəzərdə tutulmuş kompensasiya” ifadəsinin işlədilməsi də əməkhaqqının gecikdirilməsinə görə ödənişin kompensasiya xarakterli olduğunu təsdiqləyir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya xarakterli ödənişləri vergidən azad edir.

Beləliklə, qanunvericiliyə əsasən, əməkhaqqının gecikdirilməsinə görə ödəniş kompensasiya xarakteri daşıyır və buna görə də vergiyə cəlb edilmir.

Peşəkar komandamız

Peşəkar komandamızla hüquqi problemlərinizin effektiv və şəffaf həllini təmin edirik

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Bizimlə əlaqə

Satış üçün

Bizi izlə

Sürətli keçidlər
Əlaqə