Bloq

Gecikdirilmiş əmək haqqına görə verilən əlavə ödəncdən vergi tutulurmu?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda, işəgötürən əmək haqqının verilməsinin gecikdirildiyi hər gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində əlavə ödənc verməlidir.

Təkcə göz rəngini deyil, Şəxsiyyət Vəsiqəsini də dəyişin!

Son zamanlar keratopiqmentasiya (göz rənginin suni olaraq əməliyyatla dəyişdirilməsi) geniş yayılmış tibbi-estetik prosedurlardan biridir. İnsanlar qeyd edilən əməliyyatı keçirərək təbii olaraq sahib olduqları göz rənglərini dəyişirlər.Lakin vətəndaşlar sözügedən prosedurun keçirilməsindən sonra şəxsiyyət vəsiqəsini də yeniləməyə borcludurlar.

Eyni bir inzibati xətaya görə məsuliyyətin subyektiv bölgüsü

Bu bloq yazısı hüquqi şəxslərin məsuliyyəti məsələsini, inzibati xətalara dair qanunvericilik və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı işığında araşdıracaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb olunması halında işəgötürənlərin məsuliyyətini tənzimləyir.

İşəgötürən Tərəfindən Təmin Edilən Sığortalar

İşəgötürən işçiləri məcburi dövlət sosial sığortası, icbari tibbi sığota, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirmək öhdəliyi daşıyır. Bəs bu sığorta növləri işçilərə hansı təminatları verir?

Əvəzsiz İstifadənin Vergi Aspektləri

Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsi hər hansısa əmlakın müəyyən bir müddət ərzində əvəzsiz olaraq başqa bir şəxsin istifadəsinə verilməsini özündə ehtiva edir.

Peşəkar komandamız

Peşəkar komandamızla hüquqi problemlərinizin effektiv və şəffaf həllini təmin edirik

Bizimlə əlaqə

Satış üçün

Bizi izlə

Sürətli keçidlər
Əlaqə