Təkcə göz rəngini deyil, Şəxsiyyət Vəsiqəsini də dəyişin!
- Səma Cəfərova
- Hüquqşünas
Son zamanlar keratopiqmentasiya (göz rənginin suni olaraq əməliyyatla dəyişdirilməsi) geniş yayılmış tibbi-estetik prosedurlardan biridir. İnsanlar qeyd edilən əməliyyatı keçirərək təbii olaraq sahib olduqları göz rənglərini dəyişirlər.
Lakin vətəndaşlar sözügedən prosedurun keçirilməsindən sonra şəxsiyyət vəsiqəsini də yeniləməyə borcludurlar. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün hüquqi əsas isə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3 və 4-cü maddələridir. Belə ki, sözügedən qanunun 3-cü maddəsində qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Əlavə olaraq, şəxsiyyət vəsiqəsinin üzərinə vətəndaşın gözlərinin rəngi də daxil olmaqla onunla bağlı bir sıra məlumatları özündə ehtiva edən elektron daşıyıcı (çip) da yerləşdirilir. Həmin qanunun 4-cü maddəsində isə qeyd edilir ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi əsaslarından biri onun üzərindəki məlumatların səhv olmasıdır.
Vətəndaş keratopiqmentasiya əməliyyatı edərək göz rəngini dəyişdirdikdə onun şəxsiyyət vəsiqəsi üzərindəki göz rənginə (əvvəlki) dair məlumat avtomatik olaraq yanlış hesab olunur və bununla da vəsiqəsinin dəyişdirilməsi üçün əsas yaranır.
Vətəndaşlar və ya onların qanuni nümayəndələri isə vəsiqənin dəyişdirilməsi üçün əsas yarandığı andan bir ay müddətində əvvəlki şəxsiyyət vəsiqəsi, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ilə (qanuni nümayəndə əlavə olaraq etibarnamə ilə)“Asan Xidmət” mərkəzlərinə müraciət edərək vəsiqənin yenilənməsini həyata keçirməlidir.
Peşəkar komandamız
Peşəkar komandamızla hüquqi problemlərinizin effektiv və şəffaf həllini təmin edirik
Fərid Xəlilzadə
Nəsibə Tağızadə
Nurlan Kərimli
Gülnarə Əliyeva
Faiq Abbasov
Ayşə Əhmədl
Mirağa Muradov
Ceyhun Əsədov
Səma Cəfərova
Bizimlə əlaqə
- Neftçi Qurban küç.29, Bayıl Plaza 4-cü mərtəbə
- office@fnk.az
- +99412 310 14 68
- +99477 677 03 00 (01,02,03,04)
Satış üçün
- crm@fnk.az
- +99477 677 03 02
Bizi izlə
Sürətli keçidlər
Xidmətlərimiz
Təcrübə sahələrimiz
Əlaqə
- Neftçi Qurban küç.29, Bayıl Plaza 4-cü mərtəbə, AZ1003 Bakı, Azərbaycan
- office@fnk.az
- +99412 310 14 68
- +99477 677 03 00 (01,02,03,04)
Satış üçün
- crm@fnk.az
- +99477 677 03 02