Peşəkar komandamız

Farid Khalilzade

Fərid Xəlilzadə

İdarəedici tərəfdaş

Böyük çoxmillətli tikinti və FMCG şirkətlərində 14 ildən çox idarəetmə təcrübəsi vardır. Mançesterdə Salford Universitetində tikinti hüququ üzrə magistr dərəcəsi, MBA magistr dərəcəsi və Bakı Dövlət Universitetində magistr dərəcəsi almışdır. Azərbaycan, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Nəsibə Tağızadə

Biznesin inkişafı üzrə menecer

Özəl sektorda biznes inkişafı üzrə menecer kimi 15 ildən artıq təcrübə. Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Nurlan Kərimli

Azərbaycan Vəkillər Kollegiyasının üzvü

Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi 7 ildən artıq təcrübə və daxili korporativ hüquqşünas kimi 13 illik təcrübəsi vardır. Azərbaycan, ingilis, türk dillərini bilir.

Gulnara Aliyeva

Senior Associate

Korporativ və kommersiya hüququ sahəsində 11 illik təcrübəyə malik və mürəkkəb kommersiya müqavilələri, M&A, müştərək müəssisələr, satınalma və tikinti layihələri, beynəlxalq arbitraj, danışıqlar və mübahisələrin həlli üzrə ixtisaslaşmış və çoxdilli peşəkar hüquqşünasdır. Həm Mülki Hüquq, həm də Ümumi Hüquq ölkələrində hüquq təhsili, həm də Cincinnati Universitetində, Bremen Universitetində və Bakı Dövlət Universitetində magistr dərəcəsinə malikdir. Azərbaycan, ingilis və türk dillərini bilir.

Mirağa Muradov

Baş hüquq məsləhətçisi


AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. FNK-da işə başlamazdan əvvəl yerli konsaltinq şirkətində hüquqşünas kimi çalışıb. Mirağa, korporativ və müqavilə hüququ sahəsində geniş biliyə malik təcrübəli hüquq məsləhətçisidir.

Hikmət Ağayev

Baş hüquq məsləhətçisi


2017-ci ildə Polis Akademiyasının hüquq fakültəsini bitirib. Əvvəlcə Daxili İşlər Nazirliyində fəaliyyət göstərib. 2021-ci ildən etibarən kommersiya sektorunda çalışır. Hüquqşünas kimi ümumi iş stajı 8 ildir. 2023-cü ilin avqust ayından etibarən isə vəkil kimi fəaliyyət göstərir və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Elizaveta Milyayeva- junior lawyer

Elizaveta Milyayeva

Hüquqşünas


O. E. Kutafin adına Moskva Dövlət Hüquq Universitetini bitirib. Mülki hüquq sahəsində çalışır, beynəlxalq təcrübəni yerli təşkilatlarda praktika ilə birləşdirir. Hüquqi işlərdə həm transmilli, həm də yerli kontekstdə fəaliyyət göstərir.

Hüseyn Axundov

Hüquqşünas


Hüseyn Bakı Dövlət Universitetini bitirib və korporativ hüquqşünas kimi 5 ildən artıq iş təcrübəsinə malikdir.

 

Milana Qrişina

Hüquqşünas


Milana, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində təhsilini davam etdirir. Azərbaycan, rus və ingilis dillərini bilir.

Könül Gülməmmədova

Hüquqşünas köməkçisi


Könül, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır. Azərbaycan, türk və ingilis dillərini bilir.

Xəyyam Əliyev

Baş Mühasib


Xarici və yerli şirkətlərdə mühasib təcrübəsi var. PMS-2 imtahanını uğurla keçmiş. Bakı Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsinə və Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı üzrə magistr dərəcəsinə malikdir. İndi isə İstanbul Gedik Universitetində doktorantura təhsili alır.İngilis, rus, türk və ispan dillərini bilir.

Sürətli keçidlər
Əlaqə
Quicklinks
Contact